Qadin.NET / Bakıda abituriyent problemini necə həll etsin?

Bakıda abituriyent problemini necə həll etsin?

 

Bakıda abituriyent problemlə üzləşib. Aynur adlı abituriyent Milli.Az-a müraciət edərək bildirib ki, 9-cu sinifi bitirib orta ixtisas təhsilli məktəbə imtahan verib. İmtahandan keçsə də, ixtisas seçməsi ilə bağlı sualları yaranıb. Lakin suallarına cavab axtarsa da, tapa bilmir. Bu işdə ona Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytı da kömək etmir. Saytın əlaqə bölməsində online muraciətlə alt bölməsinə daxil olmaq istəsə də, mümkün olmur. Həmin bölmənin texniki səbəblərdən bağlandığı qeyd olunur.TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Milli.Az-a açıqlamasında bildirdi ki, saytın bəzi bölmələrində profilaktik işlər aparılır. Yaxın günlərdə həmin işlər başa çatdırılacaq və bütün bölmələr işləyəcək. Abituriyentlər müraciətlərini [email protected] ünvanına etsinlər. Müraciətlər 24 saat ərzində cavablandırılır.Komissiya rəsmisi ixtisas seçiminin iyunun 29-da başlayacağını qeyd etdi. Onun sözlərinə görə, abituriyentlər TQDK-nın saytında orta təhsil müəssisələrinə qəbul bölməsinə daxil olmaqla və ya "Abituriyent" jurnalının 3-cü sayında elanla tanış ola bilərlər: “İyunun 29-da əvvəlki illərin məzunu olan və 9-cu sinifi bitirənlər sənəd verəcəklər. Ondan sonrakı mərhələ isə elan olunacaq. Yəqin ki, iyulun 1-ci yarısında baş tutacaq”.

Mənbə: Milli.Az

Bakıda abituriyent problemini necə həll etsin?

 

12 iyun 2014
GO BACK