Qadin.NET / Bu günün hava proqnozu

Bu günün hava proqnozu

 

İyunun 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatMilli.Az AzerTac-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 17-20°, gündüz 27-32° isti, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 747 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba, Mərdəkan,Şüvəlan, Buzovnada 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 26-31° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Temperatur gecə 15-20°, gündüz 26-31° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 17-22°, gündüz 28-33° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 17-20°, gündüz 25-30° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacaq. 

Mənbə: Milli.Az

 

12 iyun 2014
GO BACK