Qadin.NET / Google Glass yasaqlandı

Google Glass yasaqlandı

 

Alamo Drafthouse kinoteatrlar şəbəkəsi film izləyərkən Google Glass smart-eynəyindən istifadəni qadağan edib. Şirkətin baş direktoru Tim Liq Twitter bloqunda yazıb ki, yeni siyasət piratçılıq haqqında narahatçılıqla əlaqədardır.Milli.Az ICTnews-a istinadən bildirir ki, Google Glassın ilkin versiyası Ostində göstərilib və mən şəxsən bu cihazı sınaqdan keçirdim – Liq yazıb. O zaman mən kinoteatrlar üçün piratçılıq təhlükəsi hiss etdim. Menecer deyib ki, o, dərindən düşündükdən sonra qadağa tətbiq etməyi qərara alıb.Xatırladaq ki, Glass eynəkləri çıxarılmamışdan öncə artıq ABŞ-da bəzi kafe, bar və başqa yerlərdə qadağan edilib, çünki şəxsi həyata müdaxilə bir çox insanların xoşuna gəlmir. Bundan başqa, bəzi ştatlar avtomobil sürdükdə ağıllı eynəkdən istifadəni məhdudlaşdırmaq istəyir.
Mənbə: Milli.Az

 

12 iyun 2014
GO BACK