Qadin.NET / SİM kart telefona yox, qolbağa qoyulacaq

SİM kart telefona yox, qolbağa qoyulacaq

 

Yaponiyanın NTT Docomo şirkəti SİM kartın telefona bağlı olması ilə bağlı baxışı dəyişdirməyi təklif edib. İstehsalçıların nümayiş etdirdikləri miniatür Portable SIM qurğusu nəticəsində tezliklə smartfon və planşetlərə SİM kart quraşdırılmayacaq.Milli.Az ICTnews-a istinadən bildirir ki, Portable SIM kredit kartı ölçüsündədir. Qurğuda Bluetooth və NFC modulları, həmçinin SİM kart üçün konnektor var. Simsiz rabitə vasitəsi ilə smartfonla əlaqə yaradıldıqdan sonra kart operatorun şəbəkəsində autentifikasiya olur – telefonun köməyi ilə zəng etmək və internetdə gəzişmək olar, hərçənd ki SİM kart telefonda deyil, Portable SIM qurğusunda yerləşir.Təhlükəsizlik baxımından qurğular arasında Bluetooth qoşulma qırılan kimi mobil funksional da bloklanır.Şirkət Portable SIM qurğusunun çıxarılma tarixi və qiyməti haqda məlumat verməyib.
Mənbə: Milli.Az

 

12 iyun 2014
GO BACK