Qadin.NET / BMW ən populyar istehsalçı oldu

BMW ən populyar istehsalçı oldu

 

Mayda satılan yeni avtomobillərin sayına görə BMW şirkəti Audi şirkətini arxada qoyaraq dünyada ən populyar premium-klass avtomobil istehsalçısı olub. Bavariya markası 153 mindən şox avtomobil satmağa müvəffəq olub – bu İnqolştadtdan olan şirkətin satışlarından təxminən min ədəd çoxdur. Həm də apreldə BMW Audi –dən 8,3 min maşın az satmışdı (müvafiq olaraq 140,8 və 149,1 maşın). Bu barədə Bloomberg xəbər verir.Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu ilin beş ayı ərzində dünyada 826,9 min nüsxə BMW avtomobili satılıb. Bu nəticəyə şirkət əsasən 5-Series və xüsusən yeni nəsil X5 krossoverlərinin satışlarındakı yüksək göstəricilər sayəsində nail olub.Premium-klass avtomobil istehsalçıları arasında üçüncü yerdə gedən Mercedes-Benz şirkəti mayda 134 min maşın satıb.

Mənbə: Milli.Az

 

11 iyun 2014
GO BACK