Qadin.NET / iPhone üçüe Skype yenidən hazırlanacaq

iPhone üçüe Skype yenidən hazırlanacaq

 

iPhone smartfonları üçün Skype tətbiqi yenilənəcək. Proqram içliyi və interfeys yenidən yazılacaq. Bu haqda Microsoftun bloqunda məlumat verilib.Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət rəsmiləri bildirib ki, iPhone smartfonları üçün Skype tətbiqi indiki ilə müqayisədə 5 dəfə daha sürətli işləyəcək. Yenilənmiş tətbiqdə ekranlar arasında keçid olacaq, bildirişlər isə müxtəlif platformalar arasında sürətlə sinxronlaşdırılacaq. Belə ki, siz mesajı kompüterdə açdıqda, Appleın smartfonunda da oxunmuş kimi göstərilir.Həmçinin internetdə olmayan həmsöhbətinizə mesaj göndərdikdə, istifadəçi internetə daxil olduqda mesaj avtomatik ona göndəriləcək. Bundan başqa, ayfonov sahibləri əsas ekrandan qrup çatlarını yarada biləcəklər.iPhone üçün yeni tətbiq hələ ki əlçatmazdır. Microsoft korporasiyasından bildirilib ki, tətbiq təxminən bir həftə ərzində əlçatan olacaq.
Mənbə: Milli.Az

 

11 iyun 2014
GO BACK