Qadin.NET / Azərbaycan Avropa vaqonları alır

Azərbaycan Avropa vaqonları alır

 

"Azərbaycan Dəmir Yolları" QSC və İsveçrənin "Stadler" şirkəti bu gün Bakıda Avropa standartlarına uyğun 30 yeni sərnişin dəmiryol vaqonun alqı-satqısı haqqında müqavilə imzalayıblar. Bu barədə Trend-ə QSC-dən deyiblər. QSC-dən bildiriblər ki, vaqonlar Azərbaycan, Gürcüstan, Türkiyə dəmiryollarını birləşdirməyə hesablanmış və 2015-ci ildə tam işə salınması planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolunun istismara verilməsindən sonra respublikaya çatdırılacaq. Vaqonlar Avropa dəmiryolu üzrə hərəkət üçün qoşa dəmiryollarının əvəz edilməsinə uyğunlaşdırılacaq.
Mənbə: Milli.Az

 

11 iyun 2014
GO BACK