Deyirlər, hər meyvə öz mövsümündə yeyilsə, daha xeyirli və faydalı olur. Qışda apelsin, banan, kivi, alma, yayda isə ərik, albalı, çiyələk həm qanı təmizləyir, həm də bədəni təbii vitaminlərlə zənginləşdirir.
Mütəxəssislərə görə, hər şey qədərində yeyilərsə, faydalı olur. Əks təqdirdə qədərindən artıq yeyilmiş meyvə-tərəvəz allergiya, mədə-bağırsağ pozuntusu və s. kimi problemlərə yol aça bilər.
Günümüzdə hər mövsüm bütün meyvələr olsa da, unutmamaq lazımdır ki, hər meyvə öz mövsümündə vitaminlərlə zəngin olur. Yay meyvələrinin qış meyvələrindən fərqi ondadır ki, bunlar daha çox yeyilə bilir. Kimsə oturub bir dəfəyə 1 kq alma yeyə bilməz, amma bir dəfəyə 1 kq çiyələk yemək mümkündür. Təbii ki, bunun zərərləri də var.
Dietoloq Samir Quliyev deyir ki, yay meyvələri daha çox vitaminlə zəngin olur. 15 gilə üzüm, 12 dənə gilas, 1 dilim qarpız və ya 1 əncir və ya 1 armud, 3 ərik bir pors meyvə hesab edilir. Qadınlar gün ərzində 3-4, kişilər isə 4-5 porsdan artıq meyvə yeməməlidir.
Yay meyvələri arasında ən çox seviləni qarpızdır. Qarpızda su, potasyum, vitamin A, və s bu kimi vitaminlər var. A vitamini dərinin yenilənməsi üçün çox xeyirlidir. Ancaq 1 dilim qarpız bir meyvəyə bərabərdir. Tərkibində su çox olsa da, kalorisiz deyil.
Yemiş potasyum və vitamin C ilə zəngin bir meyvədir. 100 qram yemiş günlik vitamin C ehtiyacının 40 faizini ödəyə bilir. Təbii ki, hər bir meyvənin qədərində yediyiniz kimi yemiş də 8/1 dilim qəbul edilməlidir. Qarpız və yemiş böyrəkləri və qanı təmizləyir.
Yay meyvələrindən olan gilas ən çox yeyilən meyvələrdən hesab olunur. Bununla belə gilas yeyərkən diqqətli olmaq lazımdır. 12 gilasın bir almaya bərabər olduğunu bilmək lazımdır. Qeyd edək ki, gilas güclü antioksidandır və qəbizliyə qarşı çox xeyirldir:
"Şaftalı da beta keratin və vitaminlə zəngin olan bir meyvədir. Daha az kalorili olan şaftalı qış meyvələri kimidir. Yəni bir şaftalı adamı doydura bilir. Yay aylarında ishal problemləri çox olduğundan bu zaman şaftalı yemək məsləhət görülür. Qaysı, alça gün ərzində az qəbul edilməsi lazım olan meyvələrdəndir. Gün ərzində 12 dənədən artıq qaysı yemək mədə-bağırsaq probleminə yol aça bilər. Bəzən əriyi və alçanı daha gözəl dadması üçün duza batıraraq yeyirlər. Bu isə böyrəklər üçün çox zərərlidir".
Çiyələk də yayın sevimli meyvələrindəndir. Gün ərzində 100 qram çiyələk yemək çox önəmlidir. Dietoloq bildirir ki, meyvələrin tərkibində təbii şəkər olduğu üçün nə qədər çox meyvə yesək, beyindəki sinir hüceyrələri o qədər inkişaf edir. Meyvə yemək yaddaşı gücləndirir. Meyvələr vitamin və minerallarla zəngindir. Az kalorili olduqları üçün çəki artırmır, ac qarına meyvə yemək həzm prosesini asanlaşdırır:
"Gilas güclü ağrıkəsici təsirə malikdir. 20 gilasda 25 milliqram antosiyanın maddəsi var. Bu maddə 10 aspirindən daha güclü ağrıkəmə qabiliyyətinə malikdir. Gilas yemək xalesterolu və qan şəkərini azaldır. Gilasda olan flavonidlər bədəndəki zəhəri təmizləyir, antioksidan təsirinə malikdir. Eyni zamanda bədəndən nikotinin atılmasına kömək edir. Böyrəklərdə daş və qum yaranmasının qarşısını alır, üzdə yaranan sızanaqlara qarşı xeyirlidir".
Üzüm böyrəklərin yaxşı işləməsini tənzimləyir, ürək atışını normallaşdırır. Qara üzüm və tumları yeni hüceyrə yaratma xüsusiyyətinə malikdir. Uşaqların inkişafı üçün çox xeyirlidir. Kalorisi yüksək olduğu üçün gündə 100 qramdan artıq yeyilməsi məsləhət görülmür.
Şaftalı ürək problemlərinə və xərçəngə qarşı güclü təsirə malikdir. Həzm sistemini tənzimləyir, öd kisəsi və böyrəklərin yaxşı işləməsinə yardım edir.
Alça qan yaradır, qan azlığına xeyirlidir. Gözəl dəri və saç üçün xeyirlidir. Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasında çox xeyirldir. Sümük əriməsinə, katarakta, ürək xəstəliklərinə, xeyirli olan alça əsəbləri də sakitləşdirir.
Albalının tərkibində şəkər az olduğu üçün daha az kalorisi var. Hərarəti azaldır, susuzluğu aradan qaldırır.
Çiyələk stressə qarşı xeyirldir. Siqaret tüstüsünün mənfi təsirini azaldır. Gün ərzində heç olmasa 2 çiyələk yemək mütləq hesab edilir.Yemək zamanı və yeməkdən sonra meyvə yemək mədədə turşu və qaz yaranmasına səbəb olur. Buna görə də bütün meyvələr yeməkdən 2 saat öncə və ya sonra yeyilməlidir: "Bəzən meyvə pəhrizlərinə rast gəlirəm. Çox zaman ana yemək olmadan meyvə ilə pəhrizlər məsləhət görülür. İstər dietoloq həkimlər, istərsə də xəstələr unudurlar ki, nə yeyirlər yesinlər, çörək mütləq qəbul edilməlidir. Yoxsa gözəllik naminə güclü xəstəliklərlə qarşılaşa bilərsiniz".
Mənbə: Ekspress.Az