Lakin tarixə nəzərə saldıqda qadınların eyni vaxtda 5, 6, 7, hətta 11 uşaq dünyaya gətirdiyinə dair faktlar mövcuddur. Xüsusən, son illər qadınların reproduksiyası sahəsində bir çox yeniliklərin, o cümlədən süni mayalanmanın tətbiqi əkiz uşaq dünyaya gətirən qadınların sayını kəskin artırıb.
Milli.Az Modern.Az saytına istinadən eyni vaxtda ən çox əkiz uşaq doğan qadınların siyahısını təqdim edir.
1974-cü il yanvarın 10-da Cənubi Afrika Respublikasında qeyri-adi hadisə baş verdi. Syuz Rozenkovits 6 əkiz uşaq dünyaya gətirib. Maraqlıdır ki, onların hamısı sağ qalıb. O vaxta qədər tibbin geriliyi əkiz uşaqların hamısını yaşatmaqda aciz idi. Lakin bu, əkiz uşaqların sayına görə rekord deyildi.
2008-ci ilin oktyabr ayında Nyu-York sakini 31 yaşlı Diqna Karpio da 6 uşaq dünyaya gətirib. Onlardan 4-ü oğlan, 2-si qız uşağı idi. Körpələr doğulan zaman 680 qramdan 900 qrama qədər çəkiyə malik idilər. Xüsusi tədbirlər nəticəsində uşaqların hamısı həyati təhlükədən xilas olunublar. Buna qədər Diqna Karpio və 36 yaşlı əri Viktor Karpionun 8 yaşlı oğul övladları var idi. Ümumiyyətlə, 6 əkiz uşağın doğulması çox nadir hallarda baş verir. Alimlərin ehtimalına görə, belə hal yalnız 4,4 milyon doğuşdan birində qeydə alınır. Nyu-York tarixində Diqna Karpiodan öncə yalnız bir dəfə - 1997-ci ildə 6 əkiz uşağın dünyaya gəlməsi faktı məlum idi.
6 əkiz uşağın doğulması ilə nəticələnən daha bir doğum hadisəsi İtaliyanın Neapol şəhəri yaxınlığındakı Benevento qəsəbəsində qeydə alınıb. 2010-cu ilin oktyabrında 30 yaşlı Karmela Oliva 4 qız və 2 oğlan övladı dünyaya gətirib. Bu, İtaliyada 14 ildə ilk belə hadisə idi. Qeysəriyyə yolu ilə dünyaya gələn uşaqlar 600 – 800 qram idilər. İtalyan həkimlərinin fikrincə, Karmela Olivanın bu qədər çox uşaq doğması həm onun süni mayalandırmadan yararlanması, həm də keçdiyi müalicə ilə bağlı idi.
6 əkiz doğmaq qadınlar üçün son hədd deyildi. Tarixdə 7 əkiz övlad dünyaya gətirən qadınlar da məlumdur.
Amerikalı Bobbi Makkoqi 1997-ci il noyabrın 19-da 7 uşaq doğub. Hamiləliyinin 31-ci həftəsində qeysəriyyə üsulu ilə dünyaya gələn uşaqlar 1048 qramdan 1474 qrama qədər çəkiyə malik idilər. 7 uşağı doğmaq üçün Bobbi Makkoqi 16 dəqiqə kifayət edib.
7 əkizin dünyaya gəldiyi başqa bir fakt isə Səudiyyə Ərəbistanında qeydə alınıb. 1998-ci il yanvarın 14-də 40 yaşlı Həsni Məhəmməd Humayr çəkisi 907 qramdan 1,5 kiloqrama qədər olan 7 uşaq doğub.2008-ci ilin avqustunda Misirin Beheyrə vilayətində 27 yaşlı Qazal Həmis adlı qadın 4 oğlan və 3 qız uşağı dünyaya gətirib. Öz fermer ərinə övlad bəxş etmək üçün hamiləliyi stimullaşdıran xüsusi dərmanlar qəbul edən misirli qadın yəqin belə yüksək “məhsuldarlığı” özü də gözləmirmiş. Qeysəriyyə əməliyyatından sonra qan köçürülməsinə ehtiyac yaranan Qazal Həmis bu çətinliklərə baxmayaraq, 1,4 kiloqramdan 2,8 kiloqrama qədər olan 7 sağlam övlad dünyaya gətirib. 2009-cu il yanvarın 6-da ABŞ-da bütün dünyanı heyrətə salan hadisə baş verib. 33 yaşlı amerikalı Nadya Süleyman 8 əkiz uşaq dünyaya gətirib. Onlar Ekstrakorporal Mayalandırma (EKO) yolu ilə dünyaya gəlmişdilər. Maraqlıdır ki, 8 uşağın hamısı sağlam idi. Buna qədər 2-7 yaş arasında 6 övladı olan ərəb mənşəli amerikalı bununla 14 uşaq anasına çevrildi. Doğum tarixindən 9 həftə qabaq dünyaya gələn uşaqların 6-sı oğlan, 2-si isə qız idi. Doğuşu eyni vaxtda 46 tibb işçisi qəbul edirdi. 1 həftə sonra ana və 8 övladı xəstəxanandan evə buraxıldılar. Sonradan Nadya Süleyman daha çox şəxsi həyatı, 14 övlada lazımi səviyyədə qulluq edə bilməməsi ilə mətbuatın diqqətini cəlb etdi. Telekanallardan birinə müsahibə zamanı Nadya Süleyman “uşaqlarına nifrət etdiyini” və bu qədər övlad dünyaya gətirdiyinə görə peşman olduğunu dilə gətirmişdi. Onun sözlərinə görə, ailəsini saxlamaq üçün böyük xərc tələb olunmaqla bərabər, şəxsi işlərinə vaxt ayırmaq üçün də imkanı olmur. Buna görə o, bir neçə dəfə sui-qəsd etmək barədə düşündüyün dilə gətirmişdi.Nadya Süleymana 12 embrion yerləşdirən (onlardan 8-i sağ qalıb) reproduktoloq Maykl Kamrava Kaliforniya ştatının tibb şurası tərəfindən mühakimə edilərək lisenziyadan məhrum edilmişdi. Ekspertlərin fikrincə, həkim bu sayda embrionu qadına yerləşdirməklə qanunun tələblərini pozub. Bəzi məlumatlara görə, 10 və daha artıq əkiz uşağın dünyaya gəldiyi doğum halları da olub. 1924-cü ildə İspaniyada, 1936-cı ildə Çində və 1964-cü ildə Braziliyada 10 əkiz uşağın dünyaya gəlməsi ilə bağlı tibbi sənədlər mövcuddur. Lakin bu da son hədd deyil.1971-ci il mayın 29-da ABŞ-ın Filadelfiya şəhərində və 1977-ci ildə Banqladeşin Baqarxat şəhərində eyni vaxtda 11 uşağın dünyaya gəlməsi ilə bağlı faktlar var. Təəssüf ki, hər iki halda uşaqların heç biri sağ qalmayıb.
Mənbə: Milli.Az