Qadin.NET / Bu qız piyada gəzmir və Tanrı sayılır

Bu qız piyada gəzmir və Tanrı sayılır

Onu Tanrının Yer üzündə, insanlar arasındakı təmsili, zühur forması sayırlar. Həftənin müəyyən günlərini evdə, bəlli günlərini məbəddə yaşayır.Yetkinlik yaşına çatana qədər o, əsla və qətiyyən piyada gəzməməlidir. Məktəbə getməsi də yasaqdır.Çünki o, "Kumari", yəni Kali tanrısının Yer üzündəki izharıdır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Nepalda hələ də "Kumaris" ənənəsi populyardır.Kali tanrısının izharı sayılan Kumarinin insanları şərdən qoruduğuna, uğur və səadət bəxş etdiyinə sidq-ürəkdən inanan nepallılar bu qızı göz bəbəyi kimi qoruyur, ona nəzir-niyaz verirlər.

7 yaşdan 12 yaşa qədər olan qızlar arasında seçim aparan buddist kahinlər axtardıqlarını tapanda, yəni potensial namizədi müəyyənləşdirəndə əsas mərhələ başlanır.Kahinlər həmin qızı "Kumari qar" adlı 32 sınaqdan keçirirlər.
Sınaqlardan keçən qız "Kumari" adlanır və onun statusu ilə yanaşı, həyatı da tam dəyişir.Nepal dilində adının mənası "bakirə" olan Kumari artıq ailəsinin mənsubu, valideynlərinin övladı yox, bütün nepallıların səcdə yeri, statusunun ehtiva etdiyi şərtlərə tam əməl edəsi insandır.Kumari seçilən qıza piyada gəzmək, təkbaşına evdən eşiyə çıxmaq qəti qadağandır.
Nepalın paytaxtı Katmandudakı evlərdən birində yaşayan Kumari yerli kral ailəsinin hamisi idisə, indi bütün nepallıların müdafiəçisi sayılır.Kumari olan qız ildə sadəcə, 13 dəfə çölə çıxaraq məbədə yollana bilər.Yetkinlik yaşına çatanda isə Kumari statusunu itirir və 12 günlük "Gufa" mərasimindən sonra adi qıza çevrilir.
Nepalın indiki Kumarisi Samita Bacaraçari adlı qızdır."Kumari Deva" da adlanan bu qız canlı tanrı sayılır və Katmandudakı iqamətgahında, "Catras"da insanlara xeyir-dua verir, onların niyazlarını qəbul edir.Samitanın anası Purna Şovanın dediyinə görə, qızının Kumari seçilməsi onların nəsli üçün şərəfdir.
Kumarinin dediyinə görə, yetkinlik yaşına çatandan sonra atası Kul Ratna Bacaraçari, anası Purna Şova və böyük qardaşı Sabinlə birlikdə adi həyat başlayacaq.
O, məktəbə getmədiyindən müəllimlər Kumarinin yanına yollanaraq ona dərs keçirlər.
Mənbə: Milli.Az
11 iyun 2014
GO BACK