"Maşını texniki baxışdan keçirərkən icbari sığortanı da yeniləmək lazımdırmı? Deyilənə görə, texniki baxış zamanı, icbari sığorta müddətinin başa çatmadığı təqdirdə belə yenilənmə tələb olunur". Milli.Az xəbər verir ki, bu sözlər Day.Az saytına məktub göndərən oxucuya məxsusdur. Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsi yanında texniki baxış mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, əgər icbari sığorta müqaviləsinin müddəti başa çatmayıbsa, yeni müqaviləyə ehtiyac yoxdur. Texniki baxış zamanı yalnız aşağıdakı sənədlər tələb olunur: texniki pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və icbari sığorta haqqında müqavilə.
Mənbə: Milli.Az