Qadin.NET / Moskvaya uçan təyyarəni ildırım vurdu

Moskvaya uçan təyyarəni ildırım vurdu

 

British Airways şirkətinin Londondan Moskvaya uçan təyyarəsini ildırım vurub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisəyə baxmayaraq, hava gəmisi Domodedovo hava limanında uğurlu eniş edə bilib. Sərnişinlərdən və heyət üzvlərindən xəsarət alan olmayıb. Domodedovo hava limanından İnterfax-a bildiriblər ki, hazırda aviaşirkətin texniki heyəti təyyarəyə baxış keçirir. 
Mənbə: Milli.Az

 

11 iyun 2014
GO BACK