Xəzər rayonu Binə südçülük savxozu adlanan ünvanın sakinləri kənd həyatı yaşayır. Odun yarmaq, ocaqda yemək bişirmək, buradakı sakinlərin gündəlik həyat tərzinə çevrilib. Fəsil dəyişsə belə, buradakıların həyat tərzi dəyişmir. Yayın istisində ocaq başında yemək bişirmək isə hər xanımın işi deyil. Elə ona görədir ki, yaşayış sahəsində mavi yanacağın olmamasından daha çox qadınlar narahatdır.Südçülük savxozu deyilən ərazinin bir hissəsinə qaz çəkilsə də, digər bir hissəsi hələ də bu diqqətdən kənarda qalıb. Sakinlər mavi yanacaqda bişən xörəyin dadını duyacaqları günü səbirsizliklə gözləyir. Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayevin sözlərinə görə, o günə az qalıb. Dövlət proqramına əsasən həmin əraziyə də mavi yanacaq çəkiləccəyini deyir.“Qazlaşdırılmayan əraziyə xətlərin çəkilməsi işlərinə gələn ildən başlanacaq. 2014-cü ilə qədər sakinlərin qaz həsrətinə son qoyulacaq.”
Mənbə: ANS PRESS