Qadin.NET / Rusiya əcnəbi məzunlara vətəndaşlıq verir

Rusiya əcnəbi məzunlara vətəndaşlıq verir

 

Rusiya əcnəbi məzunlara vətəndaşlıq verir
Rusiya Dövlət Duması bu ölkənin ali məktəblərinin əcnəbi məzunları üçün vətəndaşlığın alınması prosedurunu asanlaşdırılmasını nəzərdə tutan qanuna dəyişiklikləri qəbul edib.ANS PRESS-in məlumatına görə, ikinci oxunuşda qəbul edilən qanun layihəsi əcnəbi vətəndaşların ayrı-ayrı kateqoriyalarının və RF-də yaşayan vətəndaşlığı olmayan şəxslərin, 01.07.2002 tarixindən sonra Rusiyanın təhsil yönümlü təşkilatlarından diplom almış əcnəbi məzunların RF vətəndaşlığına qəbulu qaydalarının sadələşdirilməsini nəzərdə tutur.Bundan başqa, Rusiyada ən azı 3 il fəaliyyət göstərmiş (illik gəliri ən azı 10 milyon rubl olanlar) sahibkarlar da bu yolla vətəndaşlıq ala bilərlər.Digər tərəfdən, Rusiyada ən azı 3 il işləmiş ixtisaslı mütəxəssislər də bu yolla RF pasportu ala bilərlər. Bunun üçün onlar xarici ölkə vətəndaşlığından imtina etməklə yanaşı, RF-nin Konstitisiyası və qanunvericiliyinə əməl edilməsi üzrə öhdəliklər götürməlidirlər.
Mənbə: Milli.Az

 

11 iyun 2014
GO BACK