Qadin.NET / Qərb zonasında qasırğa

Qərb zonasında qasırğa

 

Qərb zonasında qasırğa
Qərb rayonlarında güclü külək qasırğa ilə müşayiət olunub. ANS PRESS-in məlumatına görə, 20 dəqiqə davam edən güclü qasırğa Gəncə şəhərində ciddi fəsadlar yaradıb. Qasırğa nəticəsində ağaclar qırılaraq avtomobillərin üstünə düşüb.Qasırğadan ən çox rayonun enerji təsərrüfatı ziyan çəkib. Gəncə hazırda enerjisiz qalıb. Qasırğadan elektrik, rabitə dirəyi, bir şox avtomobillər yararsız vəziyyətə düşüb.Gədəbəydə və ətraf kəndlərdə işıq kəsilib və hələ də bərpa olunmayıb. Avtomobillərə, evlərə ciddi ziyan dəyib. Güclü külək Şəmkirdən Gədəbəyə gedən yüksək gərginlikli elektrik xəttini qırıb. Gəncənin “Dubay” bazarı adlanan ərazisinə yaxın yerlərdə şimşək düşməsi barədə məlumatlar var. Gəncədən əlavə Şəmkir və Daşkəsən ərazilərində də güclü külək qasırğa ilə müşayiət olunub.Əhali arasında zərər çəkənlər barədə hələ məlumat verilmir.Hazırda qasırğanın yaratdığı fəsadlar araşdırılır. Problemlərin aradan qaldırılması istiqamətində iş görülür.
Mənbə: ANS PRESS

 

11 iyun 2014
GO BACK