Adobe Digital Indexin tədqiqatına əsasən, amerikalılar üçün ən populyar brauzer Chromedur. Google tərəfindən inkişaf etdirilən layihə ilk dəfə Microsoftun brauzerini geridə qoyub.Milli.Az İCT news-a istinadən bildirir ki, fərdi kompüter və mobil qurğularda istifadə edilən ABŞ-n brauzer bazarında 2014-cü ilin aprelində Chrome brauzerinin payı 31,8% təşkil edib. Internet Explorerdə bu göstərici 30.9%-dir. 25% göstəriciyə malik Safari brauzeri üçüncü yerdə qərarlaşıb. Firefox brauzeri (8%) dördüncü olub. Bu hesabat ABŞ sakinlərinin daima daxil olduqları 10 min saytdan əldə olunan məlumatlar əsasında hazırlanıb.
Xatırladaq ki, Safari brauzerinin qlobal bazar payı 10% təşkil edir. ABŞ-da bu brauzerin yüksək göstəricisi onunla bağlıdır ki, alma məhsulu iPhone və iPad qurğularında başlanğıc ayar kimi istifadə olunur.
Mənbə: Milli.Az