Qadin.NET / O da Facebook-u seçdi

O da Facebook-u seçdi

 

eBay Inc. şirkətinə məxsus PayPal ödəniş sisteminin prezidenti Devid Markus şirkəti tərk edərək Facebookda işə başlayacaq.PayPal direktorunun vəzifəsini müvəqqəti olaraq eBay şirkətinin baş direktoru Con Donahyu icra edəcək.Milli.Az ICTNews-a istinadən bildirir ki, Markus iyunun 27-dən Facebook korporasiyasında mesajlaşma biznesinə rəhbərlik edəcək.2013-cü il üzrə maliyyə göstəricilərinə əsasən, PayPal vasitəsilə ödənişlərin həcmi 180 milyard təşkil edib və istifadəçilərin sayı 150 milyona çatıb.eBay şirkəti istənilən məhsulun satışı üçün ən böyük internet-hərracdır. 2002-ci ildən PayPal ödəmə sisteminə malikdir.
Mənbə: Milli.Az

 

11 iyun 2014
GO BACK