Qadin.NET / Aran rayonlarının əhalisi pulsuz müayinə olunacaq

Aran rayonlarının əhalisi pulsuz müayinə olunacaq

 

Aran rayonlarının əhalisi pulsuz müayinə olunacaq
Respublika Diaqnostika Mərkəzinin (RDM) həkimləri Azərbaycanın regionlarında yaşayan əhaliyə pulsuz tibbi yardım göstərəcək. Trend-in məlumatına görə, bunu Mərkəzin baş həkimi Rauf Ağayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.R.Ağayev deyib ki, RDM regionlarda fəaliyyət göstərən tibb müəssisələri ilə daim əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində dəfələrlə yerlərdə əhaliyə konsultativ və müalicə-tibbi xidmət göstərilib.Mərkəzin yüksək ixtisaslı mütəxəssisləri tibb işçilərinin peşə bayramı günü ərəfəsində - iyunun 14-də regional tibb ocaqları ilə əməkdaşlıq çərçivəsində Şirvan şəhərindəki Müalicə Diaqnostika Mərkəzinə ezam olunaraq yerli əhaliyə konsultativ tibbi xidmət göstərəcəklər. Şirvan və ətraf rayonlarda (Hacıqabul, Salyan, Sabirabad) yaşayan əhaliyə 7 tibb sahəsi üzrə xidmət göstəriləcək. Formalaşan tibbi briqadanın tərkibinə baş həkim daxil olmaqla, 7 mütəxəssis - ginekoloq, pediatr, otolarinqoloq, kardioloq, ürək-damar cərrahı, oftalmoloq, şüa diaqnostikası üzrə həkimlər daxildir.Mütəxəssislərin regionlara ezam olunmasının məqsədi yalnız yerlərdə çalışan həkimlərlə əməkdaşlıq etmək, onlara metodik tövsiyələr vermək və vətəndaşlara lazımi yardım etməkdir.
Mənbə: Trend.Az

 

11 iyun 2014
GO BACK