Bir neçə gün öncə İsmayıllıda müşahidə olunan dolu və leysan xarakterli yağışların kənd təsərrüfatı məhsullarına vurduğu ziyan bazara da təsirsiz ötüşməyib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, yağan dolu meyvə-tərəvəzin, demək olar ki, 50 faizini məhv edib. Bazarlarda qiymət artımı özünü göstərir. Nəticədə bazarda qiymətlər artıb. Ən çox artım meyvə və tərəvəzdə özünü göstərir. Satıcıların sözlərinə görə, ən çox ehtiyac duyulan meyvələr alça, gilas, albalı və s. digər rayonlardan Quba, Xaçmaz və Göyçaydan gətirilir. Ümumilikdə, təbiətin şıltaqlığından sonra bazarlarda qiymət artımı olsa da, gün ərzində bazarda 1 ton məhsul satılır.
Mənbə: Milli.Az