Qadin.NET / Facebook ala bilmədi, rəqib oldu

Facebook ala bilmədi, rəqib oldu

Bir neçə ölkədə iyunun 9-dan 10-a keçən gecə App Store-da Slingshot əlavəsi peyda olub.Milli.Az İCT news-a istinadən bildirir ki, Facebook-un video və təsvirlərin mübadiləsi üçün nəzərdə tutulmuş bu servisi məşhur Snapchat əlavəsinə oxşayır.Slingshot istifadəçiləri bir-birinə foto və videokontent göndərə bilərlər. Snapchat-dan fərqli olaraq Slingshot istifadəçiləri dostları tərəfindən göndərilmiş məlumatla tanış olmaq üçün öz kontentlərini paylaşmalıdırlar. Ehtimal edilir ki, bu qaydanın əsas məqsədi servisin virus kimi yayılmasının təmin edilməsidir.Slingshot-da, Snapchat-dan fərqli olaraq, istifadəçilər göndərilmiş foto və videonu bölüşmək imkanı əldə edəcəklər və bundan bir neçə saniyə keçdikdən sonra onlar silinəcək.Slingshot servisi App Store-da təqdim edildikdən bir müddət sonra oradan götürülüb.

Facebook-un nümayəndələri bildiriblər ki, onlar təsadüfən əlavəni vaxtından öncə sayta qoyublar və onu bir müddət sonra yükləmək mümkün olacaq.Facebook artıq 2012-ci ildə Snapchat-ın klonunu yaradıb. Əlavə Poke adlanıb və böyük populyarlıq qazanmayıb. Bu ilin may ayında şirkət onu App Store-dan ləğv edib.
Ötən il Facebook sosial şəbəkəsi Snapchat-ı 3 milyard dollara almaq istəyib, lakin servisin yaradıcısı Evan Şpiqel bu təklifi qəbul etməyib.Google axtarış sistemi də servisi 4 milyard dollara almaq cəhdi göstərib və mətbuatda bildirilib ki, bu şirkətin də təklifi qəbul edilməyib
Mənbə: Milli.Az
10 iyun 2014
GO BACK