Qadin.NET / "Bakıya zəlzələ təhlükəsi..."

"Bakıya zəlzələ təhlükəsi..."

“Azərbaycanda 2004-2012-ci illər ərzində ən güclü zəlzələlər 2012-ci ildə baş verib”. APA-nın xəbərinə görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.Q.Yetirmişli deyib ki, həmin müddətdə Azərbaycanda maqnitudası 4-dən çox olan 4 yeraltı təkan qeydə alınıb. Ən böyük zəlzələnin isə Zaqatalada baş verdiyini deyən Q.Yetirmişli qeyd edib ki, ən çox dağıntılar da orada olub.Onun sözlərinə görə, ötən il də Azərbaycanda yeraltı təkanlar çox olub: “Bakıya zəlzələ təhlükəsi Xəzər dənizindəki zəlzələ ocaqlarından gözlənilir. Orada həmişə proses gedir və Xəzərdə zəlzələ ocaqları var. Amma Abşeronda zəlzələ ocağı yoxdur. Xəzər dənizi potensial gücə malik zəlzələ ocaqlarından ibarətdir”.

Mənbə: Milli.Az

10 iyun 2014
GO BACK