Qarnı ac olan kişilər kök qadınlara üstünlük verirlər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, britaniyalı alimlərin araşdırması bunu deməyə əsas verir. Araşdırmada 266 kişi iştirak edib. Onları bəziləri ac, bəziləri isı tox olublar. Test zamanı kişilərə fərqli xanımların fotolarını göstəriblər. Sonra isə hansı qadının daha gözəl olduğunu soruşublar. Sınaq zamanı ac olan kişilər sinələri yekə olan kök qadınlara üstünlük veriblər. Tox olan kişilərin seçimi isə nisbətən arıq xanımlar olub. Bundan sonra alimlər artıq qeyd edilən nəticəni çıxarıblar.
Mənbə: Milli.Az