Qadin.NET / Orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şagirdlərin nəzərinə!

Orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şagirdlərin nəzərinə!

Milli.Az RTV-yə istinadən bildirir ki, bu il buraxılış imtahanları 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həm də kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Amma nəzərə almaq lazımdır ki, buraxılış imtahanında iştirak edən bütün şagirdlər istədikləri orta ixtisas təhsili müəssisəsinə daxil ola bilməzlər. Bunun üçün şagirdlər imtahandan əvvəl  tələb olunan bir sıra şərtləri yerinə yetirməlidirlər.  Onlar iyunun 12-nə kimi TQDK-nın rəsmi internet səhifəsinə daxil olub, elektron ərizəni doldurmalıdırlar.Qeydiyyatdan keçən hər bir abituriyent istədiyi orta ixtisas məktəbi üzrə ixtisas seçimi etmək şansını əldə etmək üçün buraxılış imtahanında tələb olunan bal həddini də keçməlidir. Belə ki, şagirdlər imtahanda hər bir fənn üzrə nisbi balı 8 olmaqla, minimum 16 bal toplamalıdırlar. Yalnız bundan sonra onlar orta ixtisas məktəblərinə ixtisas seçimi edə bilərlər.Tələb olunan şərtləri ödəyən şagirdlər iyulun 2-dən 10-na kimi ixtisas seçimlərində iştirak edə bilərlər. 

Mənbə: Milli.Az

10 iyun 2014
GO BACK