Qadin.NET / O bacardı. Bəs siz?

O bacardı. Bəs siz?

O, dönər, şaurma, qızardılmış balıq və kartof yeməyi çox sevirdi.Fəqət, 3 ay əvvəl o, məşqlərə başlayaraq sağlam həyat tərzi sürmək qərarına gəldi.12 həftə ərzində o, 12 kq arıqladı.İndi gündəlik rasionu meyvə, tərəvəz, balıq, toyuq əti və qəhvəyi düyüdən ibarətdir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Koventri şəhərində yaşayanÖmər Şərif üç aylıq məşqlər sayəsində vücudunda ciddi dəyişikliklərə nail olub.O, tərkibində yağ, piy, karbohidratlar olan qidaları rasionundan çıxarıb."Ofisdə çalışıram. İşim ağır, gərgindir. Piylənməyə başladığımı, izafi çəkimin artdığını hiss etdim. Məşqlərə başlamağa qərar verdim. Xanımım Radiadan da xahiş etdim ki, məşqlərə başladığım gündən etibarən fotolarımı çəksin. İndi tam dəyişmişəm, fərqli olmuşam", - Ömər deyir.

Gündə 6 dəfə, az-az yeyən Ömərin rasionu da sağlamdır.
Mənbə: Milli.Az
10 iyun 2014
GO BACK