Qeyri-sabit hava şəraiti bu dəfə Tovuzun mərkəzində özünü göstərib. Milli.Az Kəpəz Tv-yə istinadən bildirir ki, ötən gün saat 20:35 radələrindən başlayaraq rayona dolu yağıb. Təxminən 10 dəqiqə davam edən təbiət hadisəsi daha sonra leysan yağışla əvəzlənib. Mərkəzi hissəyə yağan dolu sakinlərə həyəcanlı anlar yaşatsa da, xoşbəxtikdən, dağıntı və tələfata səbəb olmayıb. Qeyd edək ki, dolu Əlibəyli, Yuxarı Öysüzlü və Avaztəpə yaşayış massivinə də düşüb. Xatırladaq ki, bir neçə gün öncə Tovuzun dağ kəndlərinə yağan dolu nəticəsində meyvəçiliyə xeyli ziyan dəyib.
Mənbə: Milli.Az