Qadin.NET / Bunun inanılmaz faydasını bilirdinizmi?

Bunun inanılmaz faydasını bilirdinizmi?

İslamın müqəddəs aylarından olan Ramazan ayının gəlməsinə sayılı günlər qalıb. İnsanlar, sadəcə, dini tələblər olduğu üçün Allahın əmrini yerinə yetirərək oruc tuturlar. Belə bir vaxtda qərbli alimlər ac qalmağın insan orqanizmi üçün bilinməyən faydalarını üzə çıxarıblar. Sən demə, ac qalmağın immun sistemi zəif olan insalar və xərçəng xəstələri üçün xeyli faydaları var.Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, müvəqqəti aclıq xərçəng xəstələrində kimya terapiyasının zərərli təsirini azaldır. Aclıq zamanı bədəndə olan kök hüceyrələri leykosit istehsal etməyə başlayırlar. Bu da bütün immun sistemini regenerasiya edir. Bu da onunla əlaqədardır ki, orqanizm aclıq zamanı maksimal dərəcədə enerjisini qorumağa çalışır. "Əks təsir" nəticəsində zəif və zədələnmiş immun hüceyrələrini yeni və sağlam hüceyrələr əvəzləyir. Maraqlıdır ki, əvvəllər həkimlər xəstə insanların aclıq çəkməsinin zərərli olduğunu düşünürlər. İndi isə hər şey dəyişib. Xərçəng xəstəliyindən əlavə, ac qalmağın yaşlı insanlara da faydası var. 

Mənbə: Milli.Az

10 iyun 2014
GO BACK