“Sovetski”nin sökülməsi xəbərindən sonra hökumətin xəbərdarlıqlarına baxmayaraq, daşınmaz əmlak bazarında qiymət artımının qarşısını almaq mümkün olmayıb. ANS TV-nin məlumatına görə, paytaxt və ətraf yaşayış məntəqələrində torpağın qiyməti son 5 ildə ən yüksək həddə çatıb. “Sovetski” sakini Bəylər Cəfərov ömrünün 65 ilini paytaxtın mərkəzində “Sovetski” adlanan ərazidə yaşayıb. Bu ərazilər söküldüyündən yeni evini Bakı ətrafı ərazidə torpaq sahəsi alaraq tikmək fikrindədir. Müsahibim kimi düşünənlərin çoxalması, torpaq alanların da sayını artırıb. İnsanlar torpaq almağı, həm də gələcəkdə övladlarının yerbəyer olmasını əlverişli hesab edirlər.Makler Əbil Canbaxşıyevin sözlərinə görə, bu gün alıçılar daha ucuz qiymətə torpaq almaq istəyirlər, amma qiymətlər isə durmadan artır.Ən çox qiymət artımı Abşeron, Sabunçu və Qaradağ rayonlarında müşahidə olunur. Ən passiv rayon isə Səbail rayonudur.Bu ilin 4 ayı ərzində Bakının daşınmaz əmlak bazarında qiymətlər 20 faizədək artıb. Hazırda ən ucuz torpağın bir sotu 2500 AZN-ə, mərkəzdə isə bir sotu 500 min AZN-dir.Torpağın bahalaşması təklifin azalması, tələbatın isə kəskin artması ilə izah olunur. Qiymətlərin daha da artacağı proqnozlaşdırılır.Ekspert Nüsrət İbrahimov isə qeyd edir ki, bu ilin sonuna kimi qiymətlərin daha 10 faiz artacağı gözlənilirBazarda təklif olunan torpağın bir sotunun orta qiyməti müxtəlif zonalar üzrə dəyişir. Məsələn mərkəz hesab olunan birinci zonada qiymətlər hər sot üçün 280 min AZN, ikinci zonada 150 min AZN, üçüncü zonada 32 min AZN, şəhərin ətrafı sayılan, dördüncü zonada isə 4800 min AZN-dən artıq olub.
Mənbə: ANS PRESS