Qadin.NET / Bakıda atəşfəşanlıq olacaq

Bakıda atəşfəşanlıq olacaq

 

Bakıda atəşfəşanlıq olacaq
Azərbaycanda Bakı 2015 ilk Avropa Oyunlarına 1 il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə Bakıda iyunun 11-də möhtəşəm gecə təşkil olunacaq.ANS PRESS-in məlumatına görə, Bakı Bulvarında Azərbaycanın tarixi Oyunlara ev sahibliyi etməsinin əsas mərhələsinə qədəm qoyması münasibətilə möhtəşəm atəşfəşanlıq olacaq.Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən Oyunların başlanmasına 1 il qalması - unudulmaz geriyə sayımın startı münasibətilə rəngarəng tədbir keçirilməsi planlaşdırılıb.Tədbir saat 23:00-da başlayacaq və Bakı Bulvarında yerləşən Paraşüt qülləsində daha yaxşı əks olunacaq.
Mənbə: ANS PRESS

 

10 iyun 2014
GO BACK