Qadin.NET / Baykerlərimizin yeni görüntüləri

Baykerlərimizin yeni görüntüləri

 

Baykerlərimizin yeni görüntüləri
Milli Qurtuluş günü münasibətilə, “Azərbaycanı Avropada tanıdaq!” devizilə 10 000 km-lik motoyürüşə çıxaraq ötən gün Türkiyənin ən böyük şəhəri İstanbula çatan “Harley Davidson”un Bakı klubu üzvlərinin yeni görüntüləri yayılıb. ANS PRESS-in Türkiyə bürosunun məlumatına görə, “Harley Davidson”un Bakı klubunu təmsil edənlər İstanbulda “Harley Davidson”un İstanbul numayəndəliyinə baş çəkiblər. Baykerlərimiz bu gün mərhum prezident Heydər Əliyevin İstanbul şəhərindəki büstünü ziyarət etdikdən sonra Xorvatiyaya yola düşəcəklər. “Harley Davidson” sahibləri Xorvatiyada keçiriləcək festivalda iştirak edəcəklər. Dünyanın əksər ölkələrinin baykerlərinin bir araya gələcəyi “Harley Davidson” festivalında ilk dəfə olaraq Azərbaycanı “Harley Davidson”un Bakı klubu təmsil edəcək. “Azərbaycanı Avropada tanıdaq!” devizi altında, iyunun 7-də Bakıdan yola düşən motoyürüş iştirakçıları Avropanın bir neçə ölkəsinin ərazisindən keçərək Xorvatiyaya çatacaqlar. Onlar İstanbulda, Belqradda və digər Avropa şəhərlərində, Azərbaycana aid abidələri ziyarət edəcəklər. Motoyürüş “Harley Davidson Baku”nun təşkilatçılığı, ANS-in informasiya dəstəyilə həyata keçirilir.
Mənbə: ANS PRESS

 

10 iyun 2014
GO BACK