Qadin.NET / “Bakı yüksəliş yolundadır”

“Bakı yüksəliş yolundadır”

 

“Bakı yüksəliş yolundadır”
İsveçrənin “Tagblatt” qəzetində jurnalist Ester Elionor Haldimanın “Bakı yüksəliş yolundadır” sərlövhəli məqaləsi dərc olunub.Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumata görə, məqalədə Bakının tikinti meydançasını xatırlatdığı bildirilir. Qeyd edilir ki, Bakı sürətlə böyüyür. Qala divarları ilə Xəzər dənizinin sahilinə qədər uzanmış və UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhərin ətrafında saysız-hesabsız müasir binalar inşa edilib. Qədim neft Bakısı sürətlə inkişaf edir. Bu inkişaf metronun yeni stansiyalarının, çağdaş muzeylərin, müasir biznes mərkəzlərinin və lüks otellərin tikilməsinə səbəb olub.Lakin Cənubi Qafqazın ən böyük və eksklüziv oteli 1 ildən çoxdur ki, Bakıda fəaliyyət göstərir. İçərişəhərdən baxanda adamı heyran qoyan “Fairmont Baku” otelinin 318 otağından, velnes və fitnes salonlarından dənizə və şəhərə əla panorama açılır. Gecələr işıqlandırılan alov formasındakı şüşə qüllələr Azərbaycanın Odlar Yurdu olmasının rəmzidir.Belə gözəl otellər Bakıda çoxdur. Bu, paytaxt şəhərə turistlərin axınının artması ilə əlaqədardır. İndi Bakıda turistlərə “Fairmont Baku”, “Four Seasons”, “Kempinski Badamdar”, “JW Marriott Absheron”, “Jumeirah”, “Park Hyatt” və “Park İnn kimi lüks otellər xidmət göstərir. Son bir ildə Bakıya gələn turistlərin sayı iki dəfə artıb.Hazırda Bakı Cənubi Qafqazın çox vacib iqtisadi, siyasi və mədəni mərkəzlərindən birinə çevrilib.Yazıda Bakının lüks otellərinin internet ünvanları verilib.
Mənbə: ANS PRESS

 

10 iyun 2014
GO BACK