Qadin.NET / Hava haqqında

Hava haqqında

Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasındahava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.Temperaturun gecə 17-22°, gündüz 28-33°, bəzi yerlərdə 36° isti, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcəkdir.Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24°, Türkan, Hövsan, Şıx və Şahildə 24-25° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Temperatur gecə 14-19°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Temperatur gecə 8-13°, gündüz 21-26° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındaəsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Temperatur gecə 16-21°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 27-32° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Temperatur gecə 18-23°, gündüz 30-35°, bəzi yerlərdə 38° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Temperatur gecə 18-21°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaqdır.
Tibbi-meteroloji proqnoz
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda günorta saatlarında temperaturun 35° –dək yüksələcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

Mənbə: Milli.Az

10 iyun 2014
GO BACK