Qadin.NET / Özünüzü isti havadan qoruyun

Özünüzü isti havadan qoruyun

 

Özünüzü isti havadan qoruyun

Son 2 gündə havanın temperaturunun yüksəlməsi istiyə dözümü olmayan adamlara mənfi təsir göstərə bilər. ANS TV-nin məlumatına görə, yayın gəlişi, havaların isinməsi hamını sevindirir, amma eyni zamanda xoşagəlməz səhhət problemləri də baş qaldırır. Belə hava insanlara yaxşı təsir etsə də, bəzən orqanizmdə bir sıra xəstəliklərin baş qaldırmasına səbəb olur. Həkim Arzu Musayeva deyir ki, yay aylarında bəzi insanların təzyiqində müəyyən problemlər yaranır. Mədə-bağırsaq xəstəlikləri daha çox özünü göstərir. Həmçinin tərkibi standartlara cavab verməyən qidaların qəbul edilməsi insan orqanizmində mənfi nəticələrə gətirib çıxarır. Belə olan halda ürək-damar xəstəliklərinin sayı artır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya departamentinin Hidrometroloji proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova bildirdi ki, həm paytaxtda, həm də regionlarda havanın temperaturu nisbətən yüksək olacaq. Bunun yay ayı üçün normal olduğunu deyən direktor müavini belə hava şəraitinin hələ bir neçə gün davam edəcəyini bildirdi.

 

Mənbə: ANS PRESS

9 iyun 2014
GO BACK