1600 panda hava limanına doldu
Honq-Konq hava limanında sərnişinlər bu səhər maraqlı mənzərə ilə qarşılaşıblar. Belə ki, hava limanı nə az, nə çox 1600 panda ilə dolub-daşıb. Lakin bu pandalar canlı deyil, kağızdan düzəldilmiş pandalar olub. Fransız rəsam Paulo Qranjon tərəfindən hazırlanan kağız pandalar sərgidə nümayiş etdirilmək üçün Honq-Konqa gətirilib. ANS PRESS-in məlumatına görə, ilk kağız pandalarını 2008-ci ildə hazırlayan rəssam Dünya Vəhşi Təbiət Fondu üçün çalışdığını və nəsli kəsilməkdə olan pandalara diqqət çəkmək üçün bunu etdiyini deyib. 1600 kağız pandalar 1 ay ərzində Honq-Konqun 10-dan çox görməli yerində nümayiş etdiriləcək. Kağız pandalar bundan əvvəl Fransa, Niderland, İtaliya, Almaniya, İsveçrə və Tayvandda nümayiş olunub.
Mənbə: ANS PRESS
9 iyun 2014
GO BACK