Qadin.NET / Bakı avtobuslarında yenilik

Bakı avtobuslarında yenilik

 

Bütün avtobus sürücüləri vahid formaya keçəcəklər. Milli.Az ANS TV-yə istinadən bildirir ki, hələ 2 il bundan əvvəl Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi zamanı Nəqliyyat Nazirliyi tərəfindən bu qayda tətbiq olunsa da, müsabiqə başa çatar-çatmaz sürücülər formalarından imtina etdilər. İndi tək-tük avtobus sürücülərini vahid, səliqəli, təmiz formada görmək olar. NN-in mətbuat katibi Namiq Həsənov bildirib ki, Dövlət Nəqliyyat Avtomobl Xidməti tərəfindən formalar hazırlanıb. Artıq formalara nazirliyin rəhbərliyi baxıb və rəngi bəyənilib. “Olimpiya oyunlarına bir il qalıb. Bunun üçün biz artıq bu formanı hazır etmişik. Yaxın 2-3 ərzində yeni formalarına keçiləcək
Mənbə: Milli.Az

 

9 iyun 2014
GO BACK