
Rusiyanın AvtoVAZ şirkətinin 13 min işçisi ixtisara düşəcək. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu addım şirkətin maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədardır. Qurum satışların azaldığı bir vaxtda xərcləri də azaltmağa çalışır. İlin başlanğıcından bu günə kimi şirkətin 5 mindən çox əməkdaşı işdən azad edilib. Qeyd edək ki, 2014-cü ilin əvvəlində AvtoVAZ-ın 66 min nəfər işçisi var idi.
Mənbə: Milli.Az