Qadin.NET / Külək Zərdaba ciddi ziyan vurub

Külək Zərdaba ciddi ziyan vurub

 

Güclü külək Zərdabda ciddi fəsadlar törədib. Milli.Az El TV-yə istinadən xəbər verir ki, dünən axşam saatlarında rayon ərazisində əsən qısa müddətli külək İsaqbağı, Böyük Dəkkə, Qaravəlli və digər ərazilərdə yaşayış və yardımçı binaların dam örtüyünü uçurub. Fərdi təsərrüfatlara ciddi ziyan dəyib. 15-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb. Rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerinə baş çəkiblər. Yaşayış mənqəqələrinin əksəriyyətinə elektrik enerjisinin verilişi bərpa olunub.
Mənbə: Milli.Az

 

9 iyun 2014
GO BACK