Qadin.NET / Heyvanlar arasında xəstəliyə yoluxma riski artıb

Heyvanlar arasında xəstəliyə yoluxma riski artıb

 

Havaların istiləşməsi ilə heyvanlar arasında müxtəlif xəstəliklərin yayılması ehtimalı artıb. Xüsusilə qızmar günəş altında saxlanılan heyvanlarda qızdırmanın vüsət almaması üçün mütəxəssislər fermerləri diqqətli olmağa çağırırlar. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, baytarlar yayın isti günlərində satışa çıxarılan ət məhsulları alan şəxslərə də diqqətli olmağı tövsiyə edirlər. Kənd təsərrüfatının inkişaf etdiyi rayonlarda yay aylarında ən çox rast gəlinən problemlərdən biri də iri və xırdabuynuzlu heyvanların tez-tez qızdırma xəstəliyinə tutulmasıdır. Bu xəsyəliyin yayılması sahibkarlara böyük miqdarda maddi zərər bahasına başa gələ bilər. Baytarlar yay aylarında ət və ət məhsulları ilə qidalanmağa üstünlük verənlərə tövsiyə edirlər ki, baytar nəzarətindən kənarda satılan ət məhsullarını almqadan çəkinsinlər. Çünki bu cür məhsullar insan sağlamlığı üçün ciddi təhdid hesab olunur. Mal-qara sahibləri ev heyvanlarının otlaq sahələrində çöl heyvanları ilə təmasını da ciddi nəzarətdə saxlamalıdırlar. Çünki isti havalarda yoluxucu xəstəliklərə yoluxma ehtimalı çox olan vəhşi heyvanların və çöl quşlarının zərərli virusları ev heyvanlarına, həmçinin ev quşlarına yoluxdurması riski də çoxalır. Xırda diqqətsizlik böyük zərərə gətirib çıxarır.
Mənbə: Milli.Az

 

9 iyun 2014
GO BACK