Qadin.NET / Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"

Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"

Xəstəliyin adını İspaniyalı həkim Fernandez Hyerro qoyub. Tibb dünyasının texnoloji inkişafı izləməyi gərəkdiyini deyən həkim yeni xəstəliklərə də ad qoyulmağının tərəfindədir.Milli.Az-ın virtual.org-a istinadən məlumatına görə, həkim Hyerro "The Lancet" tibb dərgisi üçün bir məqalə yazıb.O, yazısında baş barmağında ağrılar olan, vətərləri zədələnmiş bir hamilə xəstəsindən bəhs edir. Hyerro bu şikayətlərin hamiləlikdən deyil, mesaj proqramı "WhatsApp"dan qaynaqlandığını ifadə edir.Xəstə yeni ildə ona "WhatsApp"a gələn təbrik mesajlarına təxminən 6 saat 130 qram ağırlığında telefonla cavab yazıb. Həkim ona "WhatsAppitis" diaqnozu qoyub. Hyerro xəstəyə iltihab və ağrıkəsici dərmanlar verib və bir müddət qətiyyən mesaj yazmamağı məsləhət görüb. Xatırladaq ki, 1990-cı illərdə "Nintendo" adlı video oyun oynayan və barmaq ağrısından şikayət edənlərə də "Nintendinits" diaqnozu qoyulub.

Mənbə: Milli.Az

9 iyun 2014
GO BACK