Bu gün saat 16 radələrindən başlayaraq gmail.com ünvanında poçt adresi olan şəxslərdən bir-birinə virus dolu mesajlar göndərilməkdədir.Musavat.com-un xəbərinə görə, virus, əsasən, söhbət (chat) xidmətində qarşılıqlı ünvanlara malik insanlardan bir-birinə, "hahaha hot images" şəkilində göndərilir. Qeyd edək ki, bundan əvvəl bənzər viruslar, müxtəlif pornoşəkillər və anlaşılmaz mesajlar facebook sosial şəbəkəsində yayılırdı. Bunun qarşısını almaq üçün virusa yoluxmuş abonentin öz parolunu dəyişməsi lazım gəlirdi. Yalnız bundan sonra həmin adresdən başqa ünvanlara viruslu mesajların göndərilməsi dayanırdı.
Mənbə: Milli.Az