Qadin.NET / İmtahan verəcək şagirdlərin nəzərinə!

İmtahan verəcək şagirdlərin nəzərinə!

 

İmtahan verəcək şagirdlərin nəzərinə!

TQDK buraxılış imtahanında iştirak edəcək şagirdlərə xəbərdarlıq edib. ANS PRESS-in TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 18 iyun tarixində keçiriləcək buraxılış imtahanında (Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən) iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni bu keçidə daxil olaraq çap edə bilərlər. Şagirdlərə “İmtahana buraxılış vərəqə”si onların təhsil aldıqları orta ümumtəhsil müəssisələri tərəfindən də çap edilərək təqdim oluna bilər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

Mənbə: ANS PRESS

9 iyun 2014
GO BACK