Qadin.NET / Qurban tələb edən gözəllik

Qurban tələb edən gözəllik

 

Qurban tələb edən gözəllik

Gözəllik qurban tələb edir. Bu ifadəni bəlkə də eşitməyən yoxdur. ANS PRESS-in məlumatına hələ keçmiş zamanlardan gözəl görünmək uğrunda dözülməz əziyyətlərə tab gətirməli olurdular. Məsələn, Çində balaca ayaq prestij hesab edilirdi. Bu ölkədə qızların ayaqları 6 yaşına çatmamış qırılırdı. Daha sonra isə onlar sarınıb böyüməsinin qarşısı alınırdı. Nəticədə ayaq bədənə görə, çox kiçik ölçüdə qalırdı. Çox ağrılı və əzablı olan bu üsul lotus adlanıb. Gözəllik simvolu olan bu üsul 1911-ci ildə qadağan edilib. Lakin 1939-cu ilə kimi bəzi ucqar bölgələrdə tədbiq edilib. Hazırda belə ayaqlı qadınların geyindikləri ayaqqabılar muzeylərdə saxlanılır. O zamanlar kiçik ayağa sahib olmaq ailə üçün qüruru mənbəyi hesab edilirdi. Ayağı ən kiçik olan qılar ən zənginlərlə evləndirilirdi. Çinin son lotus qadını 102 yaşlı Han Qiaonidir. Bu yaşına baxmayaraq onun ayağının ölçüsü cəmi 6 sm-dir. Şimali Taylanddakı Padaunq qəbiləsininq adınları bütün dünya qadınlarının fərqlənirlər. Onları fərqləndirən isə uzun boylarıdır. Ənənəyə görə, qızlar yetkinlik yaşına çatmamış boyunlarına dar halqalar salırlar. İllər keçdikcə bu halqaların da sayı artır. Qəbilənin qeydə alınan ən uzun boynu 40 sm-dir. Afrikada isə ağız və burna halqa taxmaq dəbdədir. Belə ki, günümüzdə pirsinq adlandırılan bu ənənə Afrikadakından tamamilə fərqlənir. Burada bəzi tayfaların qadınları alt dodaqlarına disk formasında halqalar taxırlar. Yaş artdıqca taxılan halqa da böyüyür. Bu ölçü 25 sm-ə qədər arta bilər. 

 

Ən böyük halqanı taxan qadın ən gözəl və ən hörmətli hesab edilir. 

Mənbə: ANS PRESS

9 iyun 2014
GO BACK