Keçəlləşmənin ən böyük düşməni tapıldı. Bu dəfnə yarpağıdır. ANS PRESS-in məlumatına görə, dəfnə həmişə yaşıl ağacdır. Bu məhsuldan yeməklərə dad vermək üçün istifadə edilir. Amma onun tibbi faydası da kifayət qədər çoxdur.
Dəfnə yarpağından əldə edilən yağ anseptik özəlliyə malikdir. Bu yağ mikrobları öldürür, sidik qovucudur, tərlədir, ağrıkəsicidir. Bu yarpaqlarla hazırlanan hamam stres və gərginliyi azaldır, əzələ yorğunluğuna faydalıdır. 3 ovuç dəfnə yarpağını 1 litr qaynar suda 5 dəqiqə qaynadandan sonra bu suyu vannaya tökün. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Dəfnə yağı ağacın zeytuna bənzər meyvəsindən əldə edilir. Yağdan hazırlanan sabun dəri və saç xəstəliklərində faydalıdır. Dəfnə yağından saç tökülməsində istifadə edilir. Bu yağ saçları gücləndirir, kəpəyi yox edir. Bu yağdan hazırlanan sabud saçları qidalandırır, onlara yumşaqlıq və parlaqlıq verir. Nəmləndirici təsirə malik olan sabun saç göbələyi yaranmasının da qarşısını alır. Bu sabun dərinin gözəlliyinə də kömək edir. Bu sabun dəridəki məsamələri açır, nəmləndirir.
Mənbə: ANS PRESS