Qadin.NET / İnsanları depressiyadan birdəfəlik azad edəcək kəşf

İnsanları depressiyadan birdəfəlik azad edəcək kəşf

Alimlər insan orqanizmində depressiyanı yaradan molekul aşkarlayıblar. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu molekulun miqdarı insanda və digər canlılarda depressiyadan xəbər verir. Alimlər araşdırmalarının nəticələrini "Nature MedicinРµ" jurnalında dərc ediblər. Bu molekul mikro-RNT sinfinə şamil edilir. Depressiyadan əziyyət çəkən insanların beyinlərində bu miR-1202 molekulları az olur. Bu molekulların rolu beyində ən vacib neyromediator olan qlütamat reseptorlarının tənzimlənməsidir. Mütəxəssislər hesab edirlər ki, miR-1202-ni obyektiv depressiya markeri kimi istifadə etmək olar. Bu kəşf yeni nəsil anti-depressantların hazırlanması üçün də istifadə edilə bilər. 

Mənbə: Milli.Az

9 iyun 2014
GO BACK