Milli.Az RTV-yə istinadən bildirir ki, 7 rayonun ərazisində yerləşən Şahdağ Milli Parkına hər il təxminən 10 mindən çox turist gəlir. Zəngin flora və faunaya malik bu parkda nəsli kəsilməkdə olan canlılar da qorunur. Buraya gələn turistlər vəhşi heyvanları təhlükəsiz şəraitdə izləyə bilərlər.Parka giriş ödənişlidir. Yerli sakinlər üçün ödəniş 10 manat, xarici vətəndaşlar üçün isə 20 manat təşkil edir. Əvvəllər bu pulun müqabilində turist yalnız bələdçi ilə təmin edilirdi. Bu il isə xidmətlərin çeşidi daha çox olacaq.Milli Parkda turistlər üçün maraq kəsb edən ərazilərə ekoturlar təşkil olunacaq.Milli Parka gəlmək istəyən şəxslər onlayn qaydada da qeydiyyatdan keçə bilər.
Mənbə: Milli.Az