Dünyanın ən iri miqyaslı musiqi festivallarından olan Tuborg “Greenfest” bu yay Bakıda All Stars Entertainment və Tuborg-un baş sponsorluğu ilə təşkil olunacaq.Festival çərçivəsində Türkiyənin “Duman”, “Mor ve Ötesi”, “Manga” kimi tanınmış rok-qrupları çıxış edəcəklər.Greenfest Avropa sərhədlərini aşaraq dünyanın ən yaxşı festivalları içərisində göstərilir.
Buna misal Roskilde (Danimarka), Kazantip (Ukrayna) Sunburn (Hindistan) R ock'n coke (Türkiyə) və sairə.
Ötən illər ərzində Greenfest Red Hot Chili Peppers, Metallica, Linkin Park, The Rasmus, Jamiroquai, Fatboy Slim, Pink, Good Charlotte, Mars 30 Seconds kimi ulduz sənətçilərin çıxışları üçün bir platforma oldu.Bu il ilk dəfə Bakıda təşkil ediləcək olan Greenfest Tofiq Bəhramov adına Respublika Stadionun önündə keçiriləcək.
Greenfest biletləri artıq satışda:
Standart 20 AZN
Fun zone (səhnə önü) 30 AZN
Satış məntəqələri:
Şəhərin kassaları/ Otto / Pizza Inn
Online: citylife.az / kassir.az
Konsertin info dəstəkçiləri Milli.Az və Day.Az saytlarıdır.
Ətraflı məlumat üçün 055-710-33-33
Mənbə: Milli.Az