Qadin.NET / Azərbaycanda havanın temperaturu 37 dərəcə olacaq

Azərbaycanda havanın temperaturu 37 dərəcə olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Bakı və Abşeron yarımadasının çimərliklərində suyun temperaturu 22-24 dərəcə isti olacaq.Azərbaycanın əksər rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi qərb rayonlarında qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacaq.Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda günorta saatlarında temperaturun 35 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

Mənbə: Milli.Az

9 iyun 2014
GO BACK