O, Çindəki minillərdən bəri gələn ən qədim ənənələrdən birinin son simvoludur.Çində hələ Sun sülaləsi zamanı, 10-cu əsrdə qızların "daha gözəl" görünmələri üçün onların pəncələri sıxılır, ayaqları deformasiya olunurdu. Qız 3-4 yaşına çatanda onun ayaqları ipək sarğılarda bərk-bərk sarılırdı. Nəticədə ayaq inkişaf etmir, ayaq barmaqları əyilir, sıxılır, əyriləşir və deformasiya olunurdu.Nəticə qızın 14-15 yaşına çatdığı zaman onun ayaqlarının çox balaca olması idi.Belə ayaqlı qızlar Çində çox gözəl sayılırdılar.Amansız ənənə 1911-ci ildə yasaqlansa da, 1939-cu ilədək Çinin müxtəlif əyalətlərində ayağı sarğılı qızlara rast gəlmək olardı.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, honkonqlu fotoqraf Co Farrel Çində "zərif ayaqlı" adlandırılan son qadının fotolarını çəkib.Çjao Hua Hun "zərif ayaqlı" qadındır.
Mənbə: Milli.Az