Parisdə keçirilmiş Fransanın tennis üzrə açıq çempionatının qalibi Mariya Şarapova triumfunu bayram etmək üçün reportyorlar qarşısında pozalar verib.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, final matçında 27 yaşlı rus tennisçi 22 yaşlı rumın Simona Halepi 6:4, 6:7 (5:7), 6:4 hesabı ilə 3 setdə məğlub edib.Rəqiblər kortda təxminən 3 saat vaxt keçiriblər.Bu qələbədən sonra Mariya Şarapova dünya qadın tennisçilər reytinqində 1 pillə yüksələrək 5-ci yerdə bərqərar olub.Matçdan sonra Mariya Şarapova Parisdə, Eyfel qülləsinin qarşısında qlamur fotosessiyaya çəkilib.
Mənbə: Milli.Az