- Şəkillərinizi paylaşmaq üçün interval müəyyənləşdirin. Hətta mümkündürsə, saatları müəyyən olsun. İdeal olan gündə 2-3 şəklin paylaşılmasıdır.
- Foto yükləmə saatlarınızı sosial şəbəkənin "prime time" dediyimiz ən çox istifadəçi aktivliyi olan vaxtları seçin. Məsələn tıxac olan saatlarda insanların sosial şəbəkəyə daxil olmaq sayı artır.
- Bədii kadrlar çəkmək, təbii ki, çətindir, amma ağ-qara, ya da boz fotoşəkillər sizin fotoqraflıq qabiliyyətinizi göstərə bilər.
- Fotoşəkli Instagram-da çəkməyin, telefonunuzdan çəkib Instagram-a yükləyin.
- Oxşar yer və mühitlərdə olan kadrları tez-tez paylaşmayın. Hər gün salat, hər gün qəhvə bir müddət sonra darıxdırıcı olmağa başlayır.
- Başqa bir istifadəçinin qoyduğu fotoşəkli profilinizə qoymayın.
- Fotoşəkillərinizdə qırmızı rəngli obyektlərə daha çox üstünlük verin. Bu daha çox diqqət çəkməyinizi təmin edəcək.
- Şəkillərdə etdiyiniz "hashtag"ləri də düşünərək edin.
- İstifadə etdiyiniz effektlərə fikir verin.