Hicri: 10 Şaban 1435
İlin 158-ci günü
İlin sonuna 207 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.42
Günəş - 06.11
Zöhr - 13.43
Əsr - 18.22
Məğrib – 21.24
İşa – 23.10
632-ci ildə İslam peyğəmbəri Həzrəti Məhəmməd vəfat edib (Hicri 13 rəbiul-əvvəl 11-ci il)
632-ci ildə Əbubəkr ilk İslam xəlifəsi təyin olunub
1604 - Növbəti Səfəvi-Osmanlı müharibəsi (1603-1612) gedişində I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçiriblər. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilib. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə Azərbaycan, demək olar ki, bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmiş və bu, 1590-cı ildə İstanbul sülh müqaviləsi ilə təsbitlənmişdi.
1671-ci ildə italyan bəstəkar Tomaso Albinoni anadan olub
1941-ci ildə Fransa Suriya və Livana hücüm edib
1946-cı ildə Beynəlxalq Jurnalistlər Assosiasiyası təsis olunub
1949-cu ildə Corc Orvelin “1984” adlı romanı nəşr olunub
1956-cı ildə cazmen Uri Keyn anadan olub
1977-ci ildə repçi Keni Vest anadan olub
1981-ci ildə SSRİ xalq artisti, Azərbaycanın ilk peşəkar qadın müğənnisi Şövkət Məmmədova vəfat edib
1981-ci ildə musiqiçi Aleks Bend anadan olub
1983-cü ildə tennisçi Kim Kleysters anadan olub
1985-ci ildə tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı Afət İnan vəfat edib
1993 - Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.
2002-ci ildə Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin abidəsinin açılışı olub